İki erməni əsgər minaya düşüb
29 Aprel 2009 Çərşənbə 15:50
Hadisə İcevan rayonunun Berkaber kəndində baş verib

 

Ermənistan silahlı qüvvələrinin iki əsgəri minaya düşüb. "Armİnfo" saytının məlumatına görə, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan bildirib. Hadisə aprelin 25-də Berkabər kəndində baş verib.

Verilən məlumata görə, hərbçilərdən biri təsadüfən minalanmış əraziyə girib, nəticədə partlayış baş verib. Ona köməyə gələn hərbçi də minaya düşüb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar