Hərbi helikopter qəzaya uğrayıb
07 Mart 2009 Şənbə 21:35
Baş vermiş qəzada 2 baş leytenant həlak olub

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Bu gün yerli vaxtla səhər saat 11.00 radələrində (Bakı vaxtilə saat 13.00 radələrində) Türkiyənin Malatya şəhərindən havaya qalxan hərbi helikopterlə bir müddət sonra əlaqə kəsilib. Yerli mətbuat helikopterin Kayseri şəhəri Sarız rayonu yaxınlığında itdiyini bildirirdi. Axşam saatlarında isə Kayseri valisi Mövlud Bilici “Anadolu" agentliyinə məlumat verib ki, hərbi helikopter Pınarbaşı rayonunda qəzaya uğrayıb, nəticədə 2 baş leytenant həlak olub. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar