Havyer Solana: «Hər hansı münaqişənin hərbi yola həlli mümkün deyil»
21 Aprel 2009 Çərşənbə Axşamı 15:20
«Gürcüstandakı hadisələr dondurulmuş münaqişələrin illər keçəndən sonra yenidən qeyri-sabitlik mənbəyinə çevrilə biləcəyini göstərib»

«Gürcüstandakı hadisələr dondurulmuş münaqişələrin illər keçəndən sonra yenidən qeyri-sabitlik mənbəyinə çevrilə biləcəyini göstərib. Ötən ilin avqust ayında baş verən gürcü-osetin münaqişəsindən sonra aydın oldu ki, hər hansı münaqişənin hərbi yola həlli mümkün deyil». «Armenpress»ə müsahibəsində Avropa Birliyinin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana belə deyib. O bəyan edib ki, Avropa Birliyi ötən il oktyabrın 2-də imzalanmış Moskva bəyannaməsini alqışlayır və hesab edir ki, indi bu sənədi konkret fəaliyyət və cəsarətli addımlarla möhkəmləndirmək lazımdır: «Münaqişənin həlli bölgədə vəziyyəti tamamilə dəyişəcək və bütün tərəflər, o cümlədən Ermənistan üçün yeni perspektivlər açacaq».
H. Solana Ermənistanla Türkiyə arasında dialoqun başlamasını alqışladıqlarını da qeyd edib: «Biz bu kursun və konstruktiv dialoqun davam etməsini istəyirik. Yaranmış şansı əldən vermək olmaz. Biz bu yolda bütün cəhdləri dəstəkləyirik. Eyni zamanda, bu imkandan Qarabağ probleminin həll üçün də istifadə etmək çox vacibdir. Biz bu il ərzində danışıqlar prosesində ciddi irəliləyiş əldə olunacağına ümid edirik». /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar