Halal erməni əti
01 Avqust 2014 Cümə 12:26
2014-cü ilin yanvar-iyul aylarında Ermənistandan İrana 9 min qoyun cəmdəyi ixrac edilib.
ANS PRESS-in məlumatına görə, ilk dəfədir ki, Ermənistan müsəlman ölkəsi olan İrana kəsilmiş qoyun əti göndərir. İndiyə kimi İran Ermənistandan yalnız diri qoyun alırdı. Bu ildən isə Ermənistan İrana kəsilmiş ət göndəməyə başlayıb.

Ermənistanın gömrük xidmətinin verdiyi məlumata görə, bu ölkədən İrana yarım il ərzində 52 ton kəsilmiş ət göndərilib.

Ermənistan tərəfi kəsilmiş ətlərin halal olduğunu iddia edir. Amma şəriətə görə, halal əti kəsən qəssab mütləq müsəlman olmalıdır. Buna görə də həmin ətin halal olması bir xeyli şübhə doğurur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar