Gürcüstanda məhbus qadınlar aclığa başlayıblar
20 Aprel 2009 Bazar Ertəsi 11:40
Qadınlar prezident Mixail Saakaşvilinin amnistiya haqqında əmrinə etiraz edirlər

Gürcüstanın paytaxtı Tiflisdə həbsxanada qiyam qaldırdıqdan sonra Rustavi həbsxanasına köçürülən qadınların etirazları davam edir. Prezident Mixail Saakaşvilinin amnistiya haqqında əmrinə etiraz edən qadınlar aclığa başlayıblar. Bu barədə məlumatı «İnterfaks» agentliyi yayıb. «Keçmiş siyasi məhbuslar insan hüquqları uğrunda» qeyri hökumət təşkilatının sədri Nana Kakabadze məhbusların saxlanma şəraitinin dözülməz olduğunu və onların vaxtaşırı qohumları ilə əlaqə yaradaraq, kömək istədiklərini bildirib. Kakabadze qadınların həbsxanada döyüldüyünü də iddia edib.
Qeyd edək ki, aprelin 19-da 700 məhbus Tiflisdəki 5 nömrəli koloniyadan xüsusi təyinatlıların köməyi ilə Rustavidəki bir saylı həbsxanaya köçürülüb. Belə ki, qadınlar prezident Mixail Saaakaşvilinin 390 nəfərin amnistiyası barədə əmrinə qarşı qiyam qaldırmışdılar. Məhbusların fikrincə, amnistiyaya düşən qadınların və yetkinlik yaşına çatmayanların sayı əmrdə göstərildiyi kimi 29 yox, daha çox olmalı idi.
Qiyam aprelin 18-də axşam saatlarında başlayıb və 12 saat davam edib. Həyətə çıxan qadınlar həbsxanının darvazasını sındırmağa cəhd ediblər. Qiyam nəticəsində həbsxananın bütün infrasturukturuna ziyan dəyib. Aksiyaya həmin koloniyada olan yeniyetmələr də qoşulublar./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar