Gədəbəydə 2 mərtəbəli ev uçub
10 Mart 2009 Çərşənbə Axşamı 14:50
Gədəbəy rayonunda 2 mərtəbəli ev uçub, 4 nəfər xəsarət alıb,Hadisəyə səbəb güclü külək olub

güclü külək Gədəbəy rayonuna da ziyan vurub. Daxili İşlər Nazirliyinin məlumatına görə, güclü küləyin təsirindən  aryonun 11 kəndinin ərazisində ümumilikdə 47 ədəd işıq dirəyi aşıb, 35-40 ədəd fərdi evin dam örtükləri yararsız hala düşüb. Rayonun Gərgər kəndində isə kənd sakini Xasay İsmayılova məxsus 2 mərtəbəli ev uçub. Nəticədə Xasay İsmayılov, arvadı Qərənfil, qızı Röyal və oğlu Tural müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar