Əsir hərbçilər azad edilib
11 Sentyabr 2014 Cümə Axşamı 11:35
Separatçılara əsir düşən daha 26 hərbçi azad edilib.
Separatçılara əsir düşən daha 26 Ukrayna hərbçisi azad edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Twitter hesabında yazıb.

"İndicə mənə xəbər verdilər ki, Qorlovkada 6, Donetskdə isə 20 hərbçimiz azad edilib", - deyə Poroşenko yazıb. Ukrayna prezidenti hərbçilərin azad edilməsi şərtləri haqda heç nə bildirməyib.

Qeyd edək ki, avqustun 5-də Minskdə imzalanan atəşkəs sazişindəki bəndlərdən biri də əsirlərin dəyişdirilməsilə bağlı idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar