Ermənistanla Türkiyə arasında hər hansı sənəd imzalanmayacaq
16 Aprel 2009 Cümə Axşamı 15:15
“Ermənistan-Türkiyə münasibətlərinin bərpası məsələsi yaxın gələcəkdə həllini tapa bilər”.
O, danışıqların davam etdiyini bildirib: “Biz artıq irəliləyiş qeydə almışıq. Yaxın gələcəkdə bu məsələlərin həllinə çox yaxınlaşa bilərik”. E. Nalbandyan QDİƏT ölkələri xarici işlər nazirlərinin toplantısı çərçivəsində Ermənistanla Türkiyə arasında hər hansı sənədin imzalanmasının planlaşdırılmadığını açıqlayıb. Nazir Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmadığını da söyləyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində və onun həmsədrlərinin köməyi ilə aparılır. Başqa format yoxdur”.
Xatırladaq ki, ABŞ-ın “The Wall Street Journal” qəzeti aprelin 16-da Türkiyə ilə Ermənistan arasında sənəd imzalanacağını və sərhədlərin açılacağını yazmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar