Ermənistanda qiymətlər sürətlə artır
18 Aprel 2009 Şənbə 09:45
May ayında bu ölkədə inflyasiyanın daha 5 faiz arta bilər

Yaxın bir il ərzində Ermənistanda qiymətlərin sürətlə artacağı gözlənilir. Bu ölkənin Milli bankı ölkədə ümumdaxili məhsul istehsalının orta səviyyədən aşağı olacağını proqnozlaşdırır. Qurumun idarə heyətinin toplantısında bildirilib ki, milli valyutanın, yəni dramın devalvasiyasının ixrac olunan məhsullara təsiri mayda əhaliyə satılan təbii qazın bahalaşmasına gətirib-çıxara bilər. Bununla belə, gələn ay inflyasiya səviyyəsinin daha 5 faiz artacağı gözlənilir. Bu isə öz növbəsində ərzaq və gündəlik tələbat mallarının bahalaşmasına səbəb olacaq. Tikinti sektorunda və mənzil bazarında da qiymət artımı qaçılmazdır./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar