Ermənistan elektriksiz qala bilər
26 Fevral 2015 Cümə Axşamı 12:42
Ermənistan elektrik paylayışı şirkətlərinin yüz milyonlarla dollar borcu yaranıb.
Ermənistan elektriksiz qala bilər.

ANS PRESS-in məlumatına görə, bu ölkənin elektrik paylayışı şirkətlərinin yüz milyonlarla dollar borcu yaranıb.

Bu səbəbdən erməni şirkətləri əsas təchizatçı olan Rusiyanın “İnter RAO EES” şirkətindən yeni kreditlə enerji ala bilmirlər. Şirkətlər ölkə prezidenti Serj Sarkisyana müraciət edərək borcların yenidən strukturlaşmasını istəyirlər. Sanksiyalar üzündən erməni paylayıcı şirkətləri Rusiya banklarından da kredit götürə bilmirlər.

İndi Ermənistanda elektrik tariflərinin qaldırılması məsələsi gündəmə gəlib. Qazın bahalaşmasının gündəmdə olmasını da nəzərə alan əhali ciddi həyəcan qarşısındadır. Məsələ erməni şərhçilərini də ciddi narahat edir.

“Rusiyanın enerji siyasəti fiaskoya uğrayır, erməni energetikası onun bir hissəsidir. Ermənistan energetikasını xilas etmək üçün onu Rusiya sistemindən ayırmaq daha məntiqlidir. Ola bilər ki, bu məsələ hələ “yetişməyib”, amma bu, mütləq partlayış verəcək”, - deyə erməni şərhçi Naira Hayrumyan vurğulayır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar