Erməni yalanlarına son mitinqi
11 Aprel 2009 Şənbə 13:40
Nyu-Yorkda “Erməni yalanlarına son mitinqi” keçiriləcək.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Nyu-York şəhərində aprelin 25-də keçiriləcək mitinqdə ermənilərin 1915-ci il hadisələrinin soyqırımı olmasına dair iddialarının əsassız və yalan olduğu amerikalılara çatdırılacaq.

“Times” meydanında bu il artıq 4-cü dəfədir keçiriləcək mitinq Türk-Amerika Dərnəklər Federasiyasının himayəsi ilə “Gənc Türklər Dərnəyi” tərəfindən təşkil olunacaq.

Aksiya erməni diasporunun qondarma “soyqırımı” iddiası ilə eyni meydanda aprelin 26-da keçirməyi planlaşdırdığı mitinqə cavab xarakteri daşıyır.

Aksiyada ABŞ-da yaşayan azərbaycanlılar da iştirak edəcəklər.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar