Erməni qırıcıları havaya qalxdı
06 Avqust 2014 Çərşənbə 15:33
Separatçı Dağlıq Qarabağ respublikasının hücum aviasiyası Azərbaycan Silahlı Qüvvələrinin ilə təmas xəttində uçuşlar həyata keçirir.
ANS PRESS-in məlumatına görə, cəbhə xətti boyunca qırıcılar havaya qaldırılıb.

"Dağlıq Qarabağ respublikası"nın "Müdafiə Nazirliyi" bəyan edib ki, uçuşlar yaranmış operativ vəziyyətlə bağlı həyata keçirilir.

Qeyd edək ki, son vaxtlar cəbhə xəttində vəziyyət gərginləşib. Erməni kəşfiyyat-təxribat qrupları cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun mövqelərinə basqın edib. Lakin qarşı tərəf xeyli itki verərək geri çəkilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar