Erməni generalın acı etirafları
06 Avqust 2014 Çərşənbə 16:33
Şuşanı işğal etmiş general ümidi erməni ordusuna bağlaya bilmir.
Şuşanı işğal etmiş Ermənistan bölüklərinin komandiri, istefada olan general Arkadi Ter-Tadevosyan erməni mətbuatına verdiyi müsahibədə dolayısı ilə Ermənistan ordusunun zəifliyini etiraf edib.

ANS PRESS-in məlumatına görə, son toqquşmalarda Azərbaycan ordusunun daha çox itki verməsi ilə bağlı verdiyi suala "azərbaycanlılar hücum edir, ona görə də çox ölürlər, xətti xüsusi hazırlanmış hərbçilər keçir" cavabını verib. Jurnalistin Ermənistan ordusunun döyüş hazırlığı ilə bağlı verdiyi suala da Arkadi Ter-Tadevosyan diplomatik şəkildə cavab verməkdən qaçıb: "Bizi dağlar əhatələyir, onların hesabına daha yaxşı müdafiə olunuruq".

Ən sonda Arkadi Ter-Tadevosyan ümidlərini Ermənistan ordusuna deyil, böyük dövlətlərin köməyinə bağladıqlarını gizlətməyib. Azərbaycanın son illərdə ordunun silahla təchizatını çox gücləndirməsinə toxunan Arkadi Ter-Tadevosyan bildirib: "Onlar, əlbəttə, bu silahlara malikdirlər. Amma heç kim onlara bu silahdan istifadə etməyə icazə verməz. Həmin silahı satanlar ijazə verməz. Bundan sonra neft ala bilməyəjək dövlətlər icazə verməyəcək. Nə qədər ki, neft qurtarmayıb, onlar atəş aça bilməyəcəklər".


DOSTLARINLA PAYLAŞ:

oyunlar