Erməni əsgərlərindən İrəvana cavab
04 Aprel 2009 Şənbə 20:10
«Ermənistan ordusunda müalicə oluna bilməsək də, Azərbaycanda bizi müalicə etdilər və heç bir problemimiz yoxdur»

Könüllü olaraq Azərbaycan tərəfə keçmiş əsgərləri tərəfindən ifşa olunan Ermənistan ordusunun rəhbərliyi  vəziyyətdən çıxmaq üçün  əsgərlərin guya azması və Azərbaycan tərəfə  səhvən gəlib çıxması, eləcə də,  onların açıqlamalarını guya təzyiqlər altında  vermələri ilə  bağlı yalanlar uydurmağa başlayıb. Bu haqda ilk olaraq Ermənistan Müdafiə Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Seyran Şahsuvaryan bəyan edib. Onun iddiasına görə, bu əsgərlər guya Azərbaycanda mənəvi və psixoloji təzyiqlərə məruz qalırlar. Amma  təziyqlərə məruz qaldıqları iddia olunan əsgərlər  bu iddiaları təəccüblə  qarşılayır. Ən azından kadrlardan da onların təzyiqə məruz qalmadıqları aydın görünür. əsirlərin içərisində az-çox rusca danışa bilən Qrant Markosyan Azərbaycan tərəfə keçdiyinə görə bir dəfə də olsun  təssüf hissi keçirmədiyni deyir: «Mən and da içə bilərəm ki, bizə burada çox yaxşıdır. Bizə barmaqlarının ucu ilə  də toxunmurlar, ələ salımırlar, heç nə etmirlər. Burada müalicə olunduq. Ötən gecə bir dəfə dedik ki, dişimiz ağırıyır, dərhal dərhal həkimə apardılar.  
Xatırladaq ki 19-20 yaşlarında olan əsgərlər Azərbaycan tərəfə fevralın 28-də keçiblər. Gələrkən hamısının səhhətləri ilə bağlı bir problemi var idi. Artıq  onlar Bakıda ciddi şəkildə həkim müayinəsindən keçiblər və səhhətlərindəki problemlər aradan qalxıb.  Bunu onların özləri də etiraf edirlər.
Azərbaycan tərəfə yolu azıb  gəlib çıxmalarına gəldikdə isə əsgərlər rəsmi İrəvanın bu yalanını da inkar edirlər. Qrant Markosyanın sözlərinə görə, onlar xəstə olublar və Ermənistan ordusunda müalicə oluna bilməyiblər: «Hospitala getdik, oradan isə qaçdıq və Azərbaycan tərəfə keçdik. Hara getdiymizi bilirdik. Bilirdik ki, Ermənistan bu tərəfdə, Azərbaycan isə əks tərəfdə yerləşir. Ona görə Azərbaycana gəldik ki, bizi üçüncü ölkəyə göndərsinlər. Azmağımız və bura səhvən gəlib çıxmağımızla bağlı deyilənlər həqiqətə uyğun deyil».  Erəmni əsgəri  könüllü gəldiklərini və qaçmaq imkanlarının olduğunu  sübut etmək üçün arqument də gətirib: «Azərbaycan tərəfdə bizi bir qadın qarşıladı. Əgər biz qaçmaq istəsəydik, çox asanlıqla  onu öldürüb qaçardıq. Amma biz xahiş etdik ki, o, hakimiyyət strukturlarına zəng vursun və gəlib bizi aparsınlar.  Həmin qadın bizə yemək verdi,  evə dəvət etdi. Sakitcə oturub yemək yedik, siqarət çəkdik, sonra isə hərbçilər gəldi».  
Əsirlər Ermənistan rəhbərliynə müraciət də ediblər. Qrant Markosyan bildirib ki, əgər onlardan Ermənistanda hərbi xidmət keçmək tələb olunsa, razılaşarlar: «Amma Qarabağ bizim torpağımız deyil. Mən hakimiyyət strukturlarına demək isətəyirəm ki, bura könüllü gəlmişəm. Heç bir pis iş görməmişəm. Ona görə də bizim haqqımızda pis sözlər danışdıqları bəsdir. Bu cür bəyanatlar onların özləri üçün pisdir. İnsanların onlar haqda nə düşündüklərini bilirlər. Ona görə də belə məlumatlar yayırlar. Onları bir də  bu cür məlumatlar yaymamağa çağırıram.    
Rafik Tevosyan da rəsmi İrəvanı onlar barəsində yalan məlumatlar yaymaqdan çəkinməyə çağırıb: «Qoy Ermənistanda bizim haqqımızda pis danışmasınlar. Bizdən əl çəksinlər və bizi unutsunlar. Elə qəbul etsinlər ki, biz onlar üçün yoxuq. Burada Azərbaycan vətəndaşı kimiyik və Ermənistana qayıtmaq iəstəmirik.   
Xatırladaq ki, erməni əsirlər üçüncü ölkəyə göndərilmələri üçün azərbaycan rəhbərliynə müracəit ediblər. hazırda onların müracəiti ölkə rəhbərliyi tərəfindən araşdırılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar