Ərdoğana qarşı sui-qəsd planı aşkarlanıb
18 Mart 2009 Çərşənbə 18:15
Rəcəb Tatyyip Ərdoğanın keçirdiyi mitinqdə özünü şübhəli aparan şəxs polis tərəfindən saxlanılıb və onun üzərində tapanca aşkarlanıb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planının qarşısı alınıb. ANSPRESS, “Cihan” agentliyinə istinadən xəbər verir ki, Təkirdağ şəhərində keçirilən mitinqdə şübhəli hərəkətlərinə görə bir nəfər saxlanılıb. Onun üstünü axtaran polis əməkdaşları tapanca aşkarlayıb. Baş nazirə qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs həbs edilib. Hazırda onun istintaqı davam edir və “Ergenekon”la əlaqələri araşdırılır. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar