Əli Babacan İrəvana səfər edəcək
02 Mart 2009 Bazar Ertəsi 14:20
Səfər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclası çərivəsində baş tutacaq

Türkiyənin xarici işlər naziri Əli Babacan 16-17 aprel tarixlərində İrəvana səfər edəcək. Bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb. Nazirin səfəri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclası çərivəsində baş tutacaq.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan türkiyəli həmkarını bir ay bundan əvvəl dəvət etsə də, Türkiyənin xarici işlər naziri yalnız indi iclsda iştirak barədə razılıq verib.

2008-ci ilin noyabr ayından Ermənistan QDİƏT-ə həmsədrlik edir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar