«Əl Qaidə»nin Barak Obamaya videomüraciəti yayılıb
20 Aprel 2009 Bazar Ertəsi 13:20
Müraciətdə Ayman əl-Zavahiri, Barak Obamanın müsəlmanların gözündə ABŞ-ın nüfuzunu qaldırmaq üçün heç nə etmədiyini deyib

Dünyanın bir nömrəli terror təşkilatı sayılan «Əl-Qaidə»də ikinci adam olan Ayman əl-Zavahiri növbəti videomüraciətini yayıb. AFR-in məlumatına görə, o müraciətində bildirib ki, ABŞ prezidenti Barak Obama müsəlmanların və istismar edilənlərin, əsarət altında olanların gözündə ABŞ-ın nüfuzunu qaldırmaq üçün heç nə etməyib. «İstismar edilənlər, əsarət altında olanlar» kəlməsinin kimə aid olduğuna isə aydınlıq gətirilməyib. «Amerika Fələstində, İraq və Əfqanıstanda müsəlmanları öldürməkdə davam edir. Amerika müsəlmanların sərvətlərini oğurlayır, onların torpaqlarını tutur, xəyanətkarların idarə etdiyi korrupsiyalaşmış rejim yaradır. Bu problem dərinləşəcək», deyə A. əl-Zəvahiri müraciətdə bidirib.
Xatırladaq ki, bu, Ayman əl-Zəvahirinin ABŞ prezidentinə ilk müraciəti deyil. Bir müddət əvvəl o, Qəzza sektorundakı fələstinlilərə «qayğısına» görə, Obamaya «təşəkkür» etmişdi. Obamanın prezident postuna seçilməsini şərh edərkən isə o, prezidenti ağ amerikalıların maraqlarına qulluq edən «zənci-qul» adlandırmışdı./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar