Edvard Nalbandyan Türkiyəyə səfər edəcək
04 Aprel 2009 Şənbə 13:20
Ermənistanın xarici işlər naziri ikinci “Mədəniyyətlər ittifaqı” forumunda iştirak edəcək

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 6-7-də İstanbula səfər edək. "Novosti-Armeniya” informasiya agentliyinin Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayana istinadən verdiyi məlumata görə, səfərdə məqsəd ikinci “Mədəniyyətlər ittifaqı” forumunda iştirak etməkdir.
T. Balayanın sözlərinə görə, forumda 30 ölkənin dövlət başçısı və baş naziri iştirak edəcək. Bununla  yanaşı, Balayan xarici işlər nazirlərinin görüşdə hansı məsələləri müzakirə edəcəyi barədə heç nə deməyib./ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar