Ebola virusunun dərmanı tapıldı
13 Avqust 2014 Çərşənbə 12:25
Kanada Ebola virusu ilə mübarizə aparmaq üçün peyvənd hazırlayıb.
ANS PRESS-in məlumatına görə, yeni dərman hazırda təcrübə mərhələsindədir. Kanadalı həkimlər peyvəndi artıq Dünya Sağlamlıq Təşkilatına təklif edib.

Kanada səhiyyə naziri Rona Ambrose Dünya Sağlamlıq Təşkilatının prezidenti Marqaret Çana zəng edərək yeni peyvənd barəsində məlumat verib. Ambrose hazırda əllərində "VSV-EBOV" adlı peyvənddən 1 500 ədəd olduğunu söyləyib. O bildirib ki, bunun min dənəsini Ümumdünya Səhiyyə Təşkilatına verməyə hazırıq: "Əlimizdəki bu dərmanı təhlükəli epidemiyanın qarşısını almaq üçün təqdim etmək istəyirik. Ümid edirik faydalı olar",- deyə kanadalı nazir bildirib.

Kanada Xalq Sağlamlığı Agentliyi sədrinin köməkçisi Qreqori Taylor da açıqlama verərək peyvən barəsində danışıb. O bildirib ki, peyvəndin ən yaxşı istifadə metodunu müəyyən etmək üçün təcrübə aparılır. Taylor əllərindəki peyvənd nümunəsindən 10 ədədinin test üçün Cenevreyə göndərildiyini də söyləyib.

Qeyd edək ki, hələlik heç bir müalicə üsulu və peyvəndi olmayan "Ebola" virusu bu günə qədər mindən çox adamın ölümünə səbəb olub. Bu virus sudan və ya havadan deyil, xəstələrin bədən mayeləri yolu ilə yayılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar