Dünya iqtisadi böhranı gələn il də davam edəcək
06 Mart 2009 Cümə 16:35
Beynəlxalq Valyuta Fondu (BVF) bu il dünyanın ən iri iqtisadiyyatların inkişaf templərinin azalması prosesinin dayanması ehtimalının olmadığını proqnozlaşdırır.
«APA-ECONOMICS»in məlumatına görə, belə bəyanatla BVF direktorun birinci müavini Con Lipski çıxış edib. Fondun rəsmisi qeyd edib ki, aparıcı iqtisadiyyatların enməsi gələn il də davam edəcək.
C.Lipskinin sözlərinə görə, iqtisadiyyatın sabit artımına qayıtması gələn ilin ikinci yarısı və ya 2011-ci ilin əvvəlindən tez gözlənilmir.
«Hesablarımız göstərir ki, ötən ilin IV və cari ilin I rübündə müşahidə olunan ÜDM-in azalması müharibədən sonrakı dövrdən ən güclüsüdür», - deyən C.Lipski vurğulayıb ki, belə şərait dünyanın aparıcı ölkələrin hökumətləri və mərkəzi banklarından qəti addımların atılmasını tələb edir. BVF rəsmisi əmindir ki, ölkələrin daxili tələbatının stimullaşdırılması üçün atılan birgə addımlar öz bəhrəsini verəcək, çünki bu, beynəlxalq ticarətin artmasına səbəb olacaq.
Qeyd edək ki, bundan əvvəl BVF yanvar ayında 0,5%-lik iqtisadi artım proqnozuna yenidən baxaraq, cari ildə dünya iqtisadiyyatının azalması ehtimılı ilə bağlı bəyantla çıxış edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar