Diplomatlar dalaşıb
10 Mart 2009 Çərşənbə Axşamı 19:45
Misirin Qahirə şəhərində Yəmənin Sana şəhərinə uçan sərnişin təyyarəsində iki rusiyalı diplomat dalaşıb. Onlardan biri ciddi xəsarət aldığından təyyarə Qahirə hava limanına geri qayıdıb

Misirin Qahirə şəhərində Yəmənin Sana şəhərinə uçan sərnişin təyyarəsində iki rusiyalı diplomat dalaşıb və təyyarə geri qayıtmalı olub. ANS PRESS, sana.net  portalına istinadən xəbər verir ki, 791 saylı marşrutu həyata keçirən təyyarədəki iki rusiyalı diplomat əvvəlcə ciddi mübahisə edib. Digər sərnişinlər onları sakitləşdirməyə çalışsa da, diplomatlar arasında əlbəyaxa döyüş başlayıb. Qarşıdurma zamanı rusiyalılardan biri ciddi xəsarət alıb və təyyarənin pilotu Qahirə hava limanına qayıtmaq barədə qərar qəbul edib. Beləliklə, havaya qalxandan yarım saat sonra təyyarə geri qayıdıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar