Din xadimi Cübbəli Əhməd xoca kanal açdı
20 Sentyabr 2014 Şənbə 10:24
Maraqlı moizələri ilə yadda qalan Cübbəli Əhməd xoca kimi tanınan Əhməd Mahmud Ünlünün kanalı yayıma başlayıb.
Türkiyənin tanınmış din alimi gündəmlə bağlı söylədiyi maraqlı moizələri ilə yadda qalan Cübbəli Əhməd xoca kimi tanınan Əhməd Mahmud Ünlünün kanalı yayıma başlayıb.

ANS PRESS-in məlumatına görə, “Lalegül Medya qrupu” jurnal, radio fəaliyyətindən sonra indi də televiziya yayımına start verib. “Lalegül TV” adını daşıyan yeni kanal Cübbəli Əhməd xocanın oxduğu Fəth surəsinin görüntüləri ilə efir həyatına başlayıb.

Kanalda Türkiyənin ən tanınmış və sayılıb-seçilən din xadimlərinin, alimlərinin söhbət və moizələrinin yayımlanacağı bildirilir.

Qeyd edək ki, Türkiyədə bir sıra din xadimlərinə və qruplara bağlılığı olan televiziya kanalları mövcuddur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar