Dieqo Maradona cinsini dəyişib?
05 Mart 2015 Cümə Axşamı 01:15
Dieqo Maradona Venesuelada verilişlərdən birinə sırğa və dodaq boyası ilə çıxıb.
Dünya futbolunun əfsanəsi sayılan Dieqo Maradona oriyentasiyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Almaniyanın məşhur "Bild" qəzeti çıxış edib.

Belə ki, 1986-cı ildə Argentina millisini təkbaşına dünya çempionu edən Maradona Venesuelada televiziya verilişlərindən birinə sırğa və dodaq boyası ilə çıxıb. Bununla belə nə Maradona, nə də verilişin aparıcısı yaşayan canlı əfsanənin xarici görkəmindəki dəyişikliyi izah etməyib.

Bu ilin fevral ayında dünya KİV-ləri 54 yaşlı argentinalının üzünü cavanlaşdırmaq üçün plastik əməliyyat etdirdiyi barədə məlumat yaymışdılar.

Buna səbəb kimi onun 24 yaşlı rəfiqəsinin yanında yaşlı görünməməsi göstərilirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar