Çində kömür mədənində partlayış olub
18 Aprel 2009 Şənbə 09:35
Hadisə aprelin 17-də günorta saatlarında olub

Çində  kömür mədənlərindən birində partlayış baş verib. «France Presse» agentliyinin verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 18 nəfər ölüb, üç nəfər isə yaralanıb. Məlumata görə, Xuanx vilayətində partlayış aprelin 17-də günorta saatlarında olub.
Çinin dövlət agentliyi «Sinxua»nın məlumatına görə, isə daha iki nəfər itkin düşmüş hesab edilir. Partlayıcı maddənin mədənə hansı yolla düşməsi araşdırılır.
Qeyd edək ki, Çində mədən partlayışları kifayət qədər tez-tez baş verir. Fevralın 22-də Şansi vilayətində 44 nəfər mədənçinin ölümü ilə nəticələnən hadisə baş vermişdi. Ümumilikdə isə ötən il ərzində Çinin mədənlərində baş verən qəza və partlayışlar nəticəsində üç minə yaxın adam ölüb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar