Çində ağır yol qəzası baş verib, 43 ölü
20 İyul 2014 Bazar 04:15
Çində ağır yol qəzası baş verib. Qəzada 43 nəfər ölüb, 5 nəfər isə yaralanıb
Çində ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, Çinin cənubundakı Hunan əyalətində avtobusun yanacaq daşıyan maşınla toqquşması nəticəsində meydana gələn qəzada 43 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Hadisə ötən gün Şanxay-Kunminq avto-magistralının Şaohay ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı avtobusun içərisində 53 nəfər sərnişin var imiş. Toqquşmadan sonra yanacaq daşıyan maşında partlayışın yaranması ətrafda olan 5 maşına da zərər vurub. Yanğın qarşısını 5 saat içərisində almaq mümkün olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar