Çində 5.5 bal gücündə zəlzələ baş verib
20 Aprel 2009 Bazar Ertəsi 14:00
Hələlik yeraltı təkanlar nəticəsində ölənlərin olub-olmaması barədə məlumat yoxdur

Aprelin 19-da Çinin şimal-qərbində zəlzələ baş verib. Çinin "Sina" xəbər agentliyinin məlumatına görə, Sintzyan-Uyqur muxtar vilayətində 5,5 bal gücündə olan yeraltı təkanlar nəticəsində 15 min adam zərər çəkib. 3,2 min evə ziyan dəyib. İlkin məlumata görə, dəyən iqtisadi zərərin miqdarı 54 milyon yuandır (8 milyon dollar). Hələlik yeraltı təkanlar nəticəsində ölənlərin olub-olmaması barədə məlumat yoxdur.
Xatırladaq ki, son 30 ilin ən güclü zəlzələsi ötən ilin may ayının 12-də baş verib. Çinin Sıçuan vilayətində baş verən təbii fəlakət nəticəsində 69 mindən artıq insan ölüb, 374 min nəfər isə yaralanıb, milyonlarla insan evsiz qalıb, 18 min insan isə hələ də itkin düşmüş hesab edilir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar