Çində 4 qayıq və bir gəmi batıb
15 Aprel 2009 Çərşənbə 12:50
Gəmi və qayıqların nə üçün aşması barədə heç bir məlumat verilmir

Çinin şərqində Lyadon körfəzində, Donguinq şəhərindən 55 km aralıda bu gün səhər saatlarında 4 balıqçı qayığı və bir gəmi batıb. Məlumatı Çinin «Sinxua» agentliyi yayıb. Baş vermiş hadisələr nəticəsində 27 nəfər itkin düşmüş hesab edilir. Altı nəfərin həyatını isə xilas etmək mümkün olub.
Gəmi və qayıqların nə üçün aşması barədə heç bir məlumat verilmir. Hadisə yerində xilasetmə işləri davam edir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar