Boliviya prezidenti aclıq elan edib
10 Aprel 2009 Cümə 13:10
Evo Moralesin aclıq yolu ilə qəbuluna çalışdığı qanun onun yenidən ölkə başçısı vəzifəsinə seçilməsinə icazə verəcək

 

Boliviya prezidenti Evo Morales aclıq elan edib. Bununla o, seçki qanunun qəbulunu gecikdirən konqresə etiraz edir. Bir sıra ictimai təşkilatlar və həmkarlar ittifaqının rəhbərləri prezidentlə həmrəy olublar. Evo Moralesin hansı formada aclıq edəcəyi hələ sual altındadır. Çünki Boliviyada adətən aclıq elan edən şəxsə su içməyə və aclıq hissini unutduran koka yarpağı çeynəməyə icazə verilir.

Qeyd edək ki, Evo Morales koka bitkisinin tərəfdarıdır və hətta BMT-nin narkotiklərə həsr edilmiş iclasında ondan istifadənin qanuniləşdirilməsini tələb etmişdi. Prezident çıxışlarının birində hər gün koko çeynədiyini və sağlamlığına müsbət təsir göstərdiyini bildirmiş, hər kəsə də bunu məsləhət görmüşdü. Onun fikrincə, koko və kokain ayrı-ayrı şeylərdir. Boliviya prezidentinin aclıq yolu ilə qəbuluna çalışdığı qanun onun yenidən ölkə başçısı vəzifəsinə seçilməsinə icazə verəcək./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar