Boeing və THY məhkəməyə veriliblər
18 Aprel 2009 Şənbə 12:15
İddiaçılar fevral ayında İstanbul-Amsterdam reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində zərərçəkənlərdir

Fevral ayında Amsterdamda qəzaya uğrayan «Boeing 737-800» təyyarəsində zərərçəkənlərin yaxınları «Boeing» şirkətini və Türkiyə Hava Yollarını məhkəməyə veriblər. AFR-in məlumatına görə, məhkəmə iddiası «Boeing»in ofisi yerləşdiyi Çikako şəhərində qaldırılıb. İddiaçılar qəza nəticəsində ölən Ülvi Murat Skinin valideynləri və başqa üç zərərçəkmişdir. İddiaçıların maraqlarını "Ribbeck Law Chartered" şirkəti müdafiə edir. Şirkət rəsmiləri qəzanın səbəbələri ilə bağlı araşdırma sənədlərinin müşətrilərinə təqdim edilməsinə və günahkarların məsuliyyətə cəlb edilməsinə çalışacaqlarını bildiriblər.
Xatıradaq ki, İstanbul-Amsterdam reysini həyata keçirən təyyarə fevralın 25-də Amsterdan yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində üç pilotda daxil olmaqla 10 nəfər ölüb. İçərisində 135 sərnişin olan təyyarə isə üç hissəyə bölünmüşdü. Mart ayının əvəllində təqdiqatçılar təyyarənin qəzaya uğramasına səbəb yüksəklik ölçən cihazın - altimetrin işləməməsini olduğunu bildiriblər. Nəticədə avtopilot rejimində idarə edilən təyyarənin pilotları təhlükəni vaxtında hiss edə bilməyiblər.
Qəzadan sonra Türkiyə Hava Yolları təyyarədə olan sərnişinlərə kompensasiya ödəyəcəyini açıqlamışdı. Belə ki, qəzada ölənlərin yaxınları 50 min, xəsarət alanlar isə 5-10 min, digərləri isə 5 min avro verilməli idi. Bundan əlavə şirkət yaralıların müalicəsinin xərcinidə ödəyib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar