BMT qarşısında tədbir keçirilib
01 Mart 2009 Bazar 12:20
Azərbaycan Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyəti Birləşmiş Millət Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən baş ofisinin qarşında Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı aksiya keçiblər.
APA-nın ABŞ bürosunun əməkdaşının verdiyi xəbərə görə, aksiyaya ABŞ-dakı digər Azərbaycan diaspor təşkilatlarının nümayəndələri də qatılıblar. Aksiyada Azərbaycan millət vəkilləri Həvva Məmmədova və Qənirə Paşayeva da iştirak ediblər.

Aksiyaya dəstək olaraq yəhudi və digər xalqların diasporunun nümayəndələri də qatılıblar.

İki saatdan artıq davam edən aksiyada “Ermənistana ar olsun!”, “Qarabağa ədalət!”, “Ermənistan Qarabağdan rədd ol" şüarları səsləndirilib, soyqırımı əks etdirən fotoşəkillər, bu vəhşiliyi pisləyən transparantlar qaldırılıb.

Aksiya keçirilən zaman BMT-nin ziyarətçilərinə Xocalı faciəsi haqqında məlumatların və fotoların əks olunduğu vərəqələr paylanılıb.

Tədbirin sonunda BMT Baş Katibliyinə etiraz aksiyasının iştirakçıları adından sənəd təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar