Bəşər Əsəd hərkəsi təəccübləndirib
11 Noyabr 2014 Çərşənbə Axşamı 10:18
Suriya prezidenti Bəşər Əsəd BMT təşkilatının Hələbdə məhdud atəşkəs cəhdini dəyərli təklif adlandırıb.
Suriya prezidenti Bəşər Əsəd dünyanı təəccübləndirib.

Əsəd BMT-nin Hələbdə məhdud atəşkəs cəhdini dəyərli təklif adlandırıb.

Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı xüsusi nümayəndəsi Stefan de Mistura bu barədə açıqlama verərək bildirib ki, rəsmi Dəməşq Hələb üçün məhdud atəşkəs cəhdini araşdılmağa dəyərli təklif hesab edir.

Qeyd edək ki, son aylar Bəşər Əsədə sadiq qüvvələr İŞİD-in törətdiyi vəhşiliklər fonunda üsyançılara ağır zərbələr endirirdi. Son bir-neçə gün isə vəziyyət Bəşər Əsəd qüvvələrinin ziyanına dəyişib. ANS PRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar