Bəşər Əsəd gözlənilməz təklif verib
26 Avqust 2014 Çərşənbə Axşamı 10:16
Suriya prezident Bəşər Əsəd ABŞ-a İraq Şam İslam Dövlətinə qarşı birgə döyüşməyi təklif edib.
Suriya ABŞ-a İraq Şam İslam Dövlətinə qarşı birgə döyüşməyi təklif edib.

ANS PRESS-in məlumatına görə, Suriya xarici işlər naziri Velid Muallim rəsmi Dəməşqin İŞİD-ə qarşı başda ABŞ olmaqla qərb ölkələri ilə birlikdə hərbi əməliyyatlar keçirməyə hazır olduğuynu bəyan edib.

Nazir bildirib ki, Suriya sərhədləri daxilində keçiriləcək hərbi əməliyyatlar Bəşər Əsəd rejiminin nəzarəti altında olmalıdır.

“Birinci növbədə biz ABŞ və Böyük Britaniya kimi ölkələrin Suriyada İŞİD-ə qarşı mübarizədə ikili standartlara yol verməyəcəyinə əmin olmalıyıq. Suriyanın suverenliyi hər hansı təhlükə altında olmamalıdır. Əgər ABŞ qırıcıları Suriya ilə məsləhətləşmədən uçuşlar həyata keçirsə, həmin qırıcılar vurulacaq. Təklif edirik ki, ABŞ və qərb ölkələri terrorçuluğa qarşı mübarizədə bizimlə birlikdə hərəkət etsinlər”, - deyə Suriya xarici işlər naziri bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar