Barak Obama xalqa müraciət edib
30 Aprel 2009 Cümə Axşamı 21:20
ABŞ prezidenti "donuz qripi"nin yayılması ilə bağlı həkimləri sayıq olmağa çağırıb

Bu gün ABŞ prezidenti Barak Obama xalqa telemüraciət edib. Ağ ev rəhbəri səhiyyə sahəsində çalışanları ayıq-sayıqlığı artırmağa çağırıb. Bu barədə məlumatı "İnterfaks" agentliyi yayıb. O, "donuz qripi"nin qarşısının alınmasında xalqı birgə fəaliyyət göstərməyə səsləyib.
Prezident müraciətində «donuz qripi» xəstəliyinə yoluxmuş və müalicə olunmaq üçün Meksikadan Texas ştatına gələrək burada dünyasını dəyişmiş azyaşlının ailəsinə də başsağlığı verib./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar