Barak Obama müsəlmanmı?
03 Aprel 2009 Cümə 13:35
Pew Research Center araşdırmalar mərkəzinin keçirdiyi sosioloji sorğunun nəticəsi belədir

Amerikalıların çoxu ABŞ prezidenti Barak Obamanın müsəlman olduğunu düşünür. Pew Research Center araşdırmalar mərkəzinin keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, vətəndaşların 11 faizi dövlət başçısının dini mənsubiyyəti barədə belə düşünür. Nəticələr prezident seçkisi dövrünə nisbətən çox dəyişməyib. Belə ki, oktyabr ayında 12 faiz əhali prezidentin müsəlman olduğu qənaətində idi.
Yeni sorğu isə martın 9-11-i aralığında 1308 nəfər arasında keçirilib. Rəyi soruşulanların 35 faizi Obamanın dini mənsubiyyəti haqqında heç nə bilmədiklərini, 48 faiz isə onun xristian olduğunu düşündüyünü bildirib.
Həqiqətdə isə Ağ ev rəhbəri xristiandır. O, 1988-ci ildə xaç suyuna salınıb. Onun keniyalı atasının müsəlman olmasına və Barak Obamanın uzun müddət İndoneziyada atalığının yanında yaşamasına baxmayaraq, prezidentin müsəlman olması barədə dəqiq heç bir məlumat yoxdur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar