AŞ PA-nın yaz sessiyasının gündəliyi
17 Aprel 2009 Cümə 19:10
Avropa Şurası parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının gündəliyi açıqlanıb. AŞ-nin Azərbaycandakı İnformasiya Ofisindən APA-ya verilən məlumata görə, aprelin 27-30-da Strasburqda keçiriləcək sessiyanın birinci günündə Avropa Şurasının 60 illik ildönümünün kiçik qeydetmə mərasimi keçiriləcək.
Təcili prosedur üzrə debatların keçirilməsi üçün iki müraciət təqdim edilib. Onlardan biri Moldovada demokratik təsisatların fəaliyyəti məsələsinin müzakirəsi üçün Sosialistlər Qrupu tərəfindən, digəri isə İnsan hüquqları haqqında Avropa Konvensiyasının 14 saylı Protokolunun layihəsinə dair rəy üçün Nazirlər Komitəsi tərəfindən təqdim olunub. Həmin Protokol Avropa İnsan Hüquqları Məhkəməsinin daxili prosedurlarını sadələşdirmək məqsədini daşıyır.

Parlamentarilər, həmçinin, Gürcüstanla Rusiya arasında müharibənin humanitar nəticələrini, habelə Assambleyanın 1647 saylı qətnaməsinin icrası üçün bu iki üzv dövlət tərəfindən görülmüş tədbirləri müzakirə edəcəklər.

Bundan başqa, İspaniyanın xaric işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinos Nazirlər Komitəsinin müraciətini Assambleyaya, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq isə 2008-ci ildəki fəaliyyətinə dair illik hesabatı təqdim edəcək.

Gündəlik layihəsi belədir:

27 aprel 2009


• 2009-cu ilin adi sessiyasının ikinci hissəsinin açılışı
• Assambleyanın Kiprlə əlaqədar vitse-prezidentinin seçilməsi
• Assambleya Bürosunun və Daimi Komitənin işlərin gedişatı barədə hesabatı
• Avropa Şurasının 60-cı ildönümünün qeyd edilməsi
• Fövqəladə vəziyyətlərdə insan hüquqlarının müdafiəsi


28 aprel 2009

• Avropa Şurasının üzvü olan dövlətlərdə insan hüquqları müdafiəçilərinin vəziyyəti
• Finlandiyanın prezidenti Tarya Halonenin çıxışı
• İctimai yayım xidmətinin maliyyələşdirilməsi
• Serbiyanın öz vəzifə və öhdəliklərinə riayət etməsinin vəziyyəti
• Qadın və qızların oğurlanması da daxil olmaqla gender əlaməti əsasında baş verən insan hüquqları pozuntuları ilə mübarizə üçün tədbirlər


29 aprel 2009

• 1647 (2009) saylı qətnamənin icrası üçün Gürcüstan və Rusiya tərəfindən görülmüş tədbirlər
• Parlamentarilər həmçinin Gürcüstanla Rusiya arasındakı müharibənin humanitar nəticələri: 1648 (2009) saylı qətnamənin icrası üçün görülmüş tədbirlər
• Moldovada demokratik təsisatların fəaliyyətinə dair mümkün təcili debatlar
• Nazirlər Komitəsinin Parlament Assambleyasına müraciəti; müraciət İspaniyanın xaric işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinos tərəfindən təqdim ediləcək


30 aprel 2009

• Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin 2008-ci ildəki fəaliyyətinə dair illik hesabatı və bəyanatı
• Mümkün təcili debatlar: İnsan hüquqları haqqında Avropa Konvensiyasının 14 saylı Protokolunun layihəsinə dair rəy
• İspaniyanın baş naziri Xose Luis Rodriges Sapateronun çıxışı
• Ərzaq və yanacaq ehtiyatının artırılması


DOSTLARINLA PAYLAŞ:

oyunlar