Ankarada Atatürkün heykəli yandırıldı
24 Aprel 2014 Cümə Axşamı 09:48
Türkiyənin paytaxtı Ankarada Atatürkün heykəli hücuma məruz qalıb.
Türkiyənin paytaxtı Ankarada Atatürkün heykəli hücuma məruz qalıb.

ANS PRESS-in xəbərinə görə, hadisə “23 aprel, Milli Suverenlik və Uşaq bayramı” günü baş verib.

Məlumata görə, paytaxtın Gölbaşı rayonundakı “Cümhuriyyət” meydanında olan Atatürk heykəlinə naməlum şəxslər benzin tökərək od vurub.

Dərhal yanğını söndürən dövlət yanğından mühafizə briqadasının əməkdaşları hadisə barədə məlumat verməyiblər.

Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar