Almaniyada quş qripi virusu tapılıb
11 Mart 2009 Çərşənbə 11:30
Virus ovlanan vəhşi ördəkdə aşkarlanıb

Almaniya hökumət rəsmiləri ölkədə quş qripi virusu aşkarlandığını bildiriblər. Bu barədə məlumatı AFR agentliyi Avropa Komissiyasının bəyanatına istinadən yayıb. Virus yanvar ayında Ştarnberqdə ovlanan vəhşi ördəkdə aşkarlanıb.
Qeyd edək ki, sonuncu dəfə virus Saksoniyadakı fermalardan birində 2008-ci ilin oktyabr ayında tapılmışdı. Fermadan götürülmüş 39 nümunədən birində xəstəlik virusu var idi.
Bu ilin ilk ayında isə Çində quş qripindən üç nəfər ölüb. 2003-cü ildən adıçəkilən xəstəlik 250 insanın ölümünə səbəb olub./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar