Acun Ilıcalı Yunanıstanda kanal alır
20 Noyabr 2014 Cümə Axşamı 11:48
Tanınmış layihə rəhbəri Acun Ilıcalı bundan sonra beynəlxalq arenaya çıxır.
Türkiyənin tanınmış aparıcısı, etdiyi sürprizləri ilə məşhur olan Acun Ilıcalı yenə də insanların diqqətini öz üzərinə çəkə bilib.

ANS PRESS-in məlumatına görə, TV 8-i satın aldıqdan sonra İngiltərə Premyer Liqası matçlarını şifrəsiz yayımlayan və futbolsevərləri artıqlaması ilə sevindirən Acun Ilıcalı daha bir kanal alacaq.

Bu iddianı Türkiyənin tanınmış jurnalistlərindən olan İzzət Çapar özünün köşə yazısında ortaya atıb. Çapa Ilıcalının Yunanıstanda bir televiziya kanalı sahibi olmağa hazırlaşdığını açıqlayıb.

Jurnalist yazısında “Sürprizlərin dadını qaçırmağı heç sevmirım, amma bu xəbəri ilk mən vermək istədim. Bizim Acun, Yunanıstanın ən böyük kanallarından birini satın almaq üzrəymiş. Hətta bu həftəsonu komandasını sənədləri imzalamaq üçün Yunanıstana göndərəcək. Sevin və ya sevməyin, Acunun müxbirlikdən produserliyə, oradan kanal sahibliyinə, indi də beynəlxalq media rəhbərliyinə uzanan uğur nağılına baş əyməmək mümkün deyil”, - sözlərini qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar