ABŞ-da təyyarə qəzaya uğrayıb
18 Aprel 2009 Şənbə 10:15
Florida ştatında yaşayış evinin üzərinə düşən təyyarənin pilotu ölüb

Amerika Birləşmiş Ştatlarında kiçik həcmli təyyarə qəzaya uğrayıb. İki motorlu "Cessna 421" tipli təyyarə Florida ştatında, Ford Loderdeyl şəhərində evin üzərinə düşüb. Təyyarə evi iki hissəyə bölüb. Yerli rəsmilərin bildirdiyinə görə, hadisə səhər saatlarında baş verib. Təyyarənin düşdüyü evdə qəza zamanı hec kimin olmadığı bildirilir. Təyyarə hava limanından 3 kilometr uzaqda yerləşən evə düşdüyü zaman dərhal yanğın başlayıb. Lakin hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını almağa müvəffəq olublar. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar