8 aylıq şahzadəyə gəlin tapdılar
18 Aprel 2014 Cümə 16:31
Yeni Zelandiya turnesində olan Uilyam və Keyt Midelton cütlüyü gözlənilməz sürprizlə qarşılaşıblar.
Britaniya şahzadəsi Uilyam və Keyt Midelton cütlüyünün səkkizaylıq oğlu Corca gəlin tapıldı. ANS PRESS-in məlumatına görə, balaca şahzadəyə həyatında birinci dəfədir ki, bu cür təklif edilir.

Bir neçə ölkə gəzən Uilyam və Keyt Midelton cütlüyü Yeni Zelandiyaya turnesində gözlənilməz sürprizlə qarşılaşıblar. Belə ki, Vellinqtondan olan Rubi Keyt Blits adlı gənc qız bütün namizədlərdən qabağa düşməyə macal tapıb.

Balaca Keyt azyaşlı şahzadənin diqqətini cəlb etmək üçün "mənimlə evlən Corc" yazılı geyim geyinib. Bu balaca qızı görən Uilyam və Keyt Midelton cütlüyü uşaqla və onun valideynləri ilə tanış olublar. Səkkizaylıq Corc isə həmin vaxt orada olmadığı üçün azyaşlı gəlini öz gözləri ilə görə bilməyib.

Balaca qızın atası və anası ilə söhbət edən Midelton cütlüyü Keytin çox gözəl qız olduğunu deyiblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar