3 kilometrlik yardım karvanı
13 Avqust 2014 Çərşənbə 13:03
Xəbər verdiyimiz kimi Rusiya Ukraynaya humanitar yardım göndərir.
ANS PRESS-in məlumatına görə, qoşqu ilə 280 yük maşınından ibarət yardım karvanı 3 kilometr uzanır. Yardım əsasən ən ehtiyac duyulan; yarım min ton yarma, şəkər tozu, uşaq qidası, 54 ton tibbi avadanlıq və dərman preparatları, 12 min yataq çantası və müxtəlif güclü elektrik ötürücülərindən ibarətdir.
Humanitar yardımın, əsasən, üsyançıların nəzarətində olan Luqansk şəhərinə çatdırılacağı ehtimal olunur. Şəhərdə 250 min sakinin artıq 9 gündür susuz və elektrik enerjisiz qaldığı bildirilir.

Qeyd edək ki, qərb ölkələri hesab edir ki, bu ilin martında Krımı Ukrayna ərazisindən qoparmağa müvəffəq olan Rusiya prezidenti Vladimir Putin indi də Ukraynanın şərqində üsyançıları məğlub etmək üçün bu üsuldan istifadə etməklə qoşun göndərə bilər.

Qərbdən fərqli olaraq ABŞ prezidenti Barak Obama Rusiyanın humanitar missiyasını dəstəkləyib. Hətta Obama Birləşmiş Ştatların da bu humanitar missiyada iştirakının mümkünlüyünü vurğulayıb.






DOSTLARINLA PAYLAŞ:

oyunlar