
Ölkədə bankomatlar və pos-terminallar artır. Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib. Məlumata görə, 2009-cu il mart ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1560 ədəd olub.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 1344 ədəd olub. Bankomatların 887-si Bakı şəhərində, 673-ü isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə ölkə üzrə pos-terminalların sayı 8237 ədəd olub. Bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 2199 ədəd çoxdur. Hazırda pos-terminalların 7449-u Bakı şəhərində, 788-i isə digər regionlarda yerləşir. /ANS PRESS/