Azercell 3G lisenziyası ala bilər
23 Yanvar 2010 Şənbə 16:10
Azercell şirkəti 3G lisenziyasını yaxın zamanda almağa namizəddir.
““Azercell Telekom” şirkətinə yaxın vaxtlarda 3G xidmətlərinin göstərilməsi üçün lisenziya verilə bilər”. “Azercell” 3G lisenziyasını yaxın zamanda almağa namizəddir”. Bunu jurnalistlərə verdiyi açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda üçüncü nəsil xidmətlərin yayılması prosesinin dinamikliyi yerli bazarın bu texnologiyanı dəstəkləyən mobil qurğularla təmin edilməsindən asılıdır.

Xatırladaq ki, Azərbaycanda 3G texnologiyasının tətbiqi üçün ilk lisenziyanı ötən ilin sonunda «Azerfon» şirkəti alıb.

Qeyd edək ki, bu texnologiyanı tətbiq etmək üçün tələb olunan tezlik diapazonu 2 Ghz-dir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar