“Açılım” – “Perestroyka”
Asəf Aray
22 Oktyabr 2009 Cümə Axşamı 16:37
        “Açılım” sözünü eşitdikce Sovetlər birliyinin dağılmasına sebeb olan “Perestroyka” sözü yadıma düşür. Olkədə qurulmuş bir sistemin işləmədiyini düşünən bir qisim insanlar onu dəyişdirmək üçün yeni bir sistemi inşa etməyə çalışırlar və bu “Yenidən qurulma” siyasəti ya o ölkeni dağıdır yada ki onu dünyanın super dövlətlərindən birinə çevirir. Ancaq dağılma dedikdə bunun nəticəsinin təkcə mənfi olacağını düşünmək olmaz. Çünki”Perestroyka”nın nəticəsi Sovetlər birliyini dağılmasına gətirib çıxartdı ancaq həmçinin 15 respublikanın müstəqil olmasına, xalqların azadlığa qovuşmasına və yeni dünya sisteminin yaranmasına səbəb oldu. “Açılım”dan Türkiyə çox qazanclı çıxacaq. Bəlkə qurulmuş bir sistem (insanların beynindəki də ola bilər) çökəcək ancaq Türkiyə bu qərarlığını davam etdirə bilsə dünyanın super dövləti olacaq. Nəyə görə? Çünki:

    1) Əsl demokratik bir dövlət olmağa doğru gedir.

    2) Ətrafında problemsiz bir halqa yaratmağa çalışır.

    3) Regiondakı problemlərin həllində aktiv yer alır və sözü keçən dövlət olmağa döğru gedir.

    4) Bizim üçün prioritet məsələ olan Qarabağın işğaldan azad edilməsində böyük təsiri olacaq addımlar atır.

    5) Avropa birliyinə girməyə dahada yaxınlaşır.

    6) ABŞ-ın müttəfiqi olan Türkiyə güclənir və onunla müttəfiqlik etmək istəyənlərin sayı çoxalmağa başlaya bilər.

    7) İslam dünyası, Qərb və Amerika arasında İslam dünyasının güclü, demolkratik dövləti olaraq əlaqələrin inkişafına təkan verə bilər.

    8) Türkiyənin gücü artdıqca Türk dünyasının birləşməsi və inkişaf etməsi dahada sürətlənə bilər. Və sairə.
 
        Bu inkişaf yolunda Türkiyənin ayağına çox “tikanlar” bata bilər bunlara dözüm göstərərək “yola davam” etmək lazımdaır. Türkiyənin ən böyük problemi olan PKK məsələsinin həllində çox böyük addımlar atılır. Qonşulardan olan Ermenistanla diplomatik əlaqələrin qurulmasında güclü qərarlılıq var. Ərəb dunyasında, xüsusi ilə İsrail-Fələstin münaqişəsində, İranla əlaqələrdə Tütkiyə xeyli irərləyişlər göstərib söz sahibi olub.

        Ancaq bunlarla yanaşı məni ən çox düşündürən və məyus edən isə Azərbaycanın bu proseslərdə xüsusilə Ermənistan -Türkiyə yaxınlaşmasından duyduğu rahatsızlıq və atılan yanlış siyasi addımlardır. Azərbaycana dost olmayan ölkənin Ermənistanla yaxınlaşması Azərbaycana nə qədər zərər gətirirsə Azərbaycana döst olan ölkənin Ermənistanla əlaqə qurmağa çalışması, yaxınlaşması Azərbaycana ən az o qədər xeyir gətirəcəkdir. Türkiyə Azərbaycana göstərdiyi dəstəyi yenə göstərəcəyini və Azərbaycanın maraqlarına zidd olacaq heç bir addımı atmayacağını ən rəsm şəkildə bildirib və bildirir. Ancaq Azərbaycan səhv addım atmaqla Türkiyənin bu dəstəyinə mane ola bilər. Qarabağı bizdən almış, hələdə Ermənistnda ordusu olan, külli miqdarda Ermənistana silah verən və hər sahədə dəstək göstərən bir dövlətə, həmin işğala görə Ermənistanla sərhədlərini bağlamış, hər sahədə Azərbaycan dəstəyini göstərən bir dövlətin Ermənistanla münasibətlərini normallaşdırmağa çalışmasına qarşı gedib Rusiya ilə əlaqələri gücləndirmək nə qədər düzgün siyasət ola bilər. 

         Biz Türkiyədən bizim Ermənistanla olan problemimizdə bizə dəstək verməsini istəyirik ancaq biz Türkiyənin Ermənistanla olan probleminin həllində nə qədər fəalıq və hansı dəstəyi göstərmişik. Ermənistanın Türkiyəyə torpaq iddiası var, soyqırım qəbul etməsi üçün tələbi və təzyiqləri var. Hansısa Ermənistan və Azərbaycan rəsmilərinin görüşlərində bu məsələlər müzakirə olunub? Azərbaycan bu məsələlərdə Türkiyəni dəstəklədiyini harada rəsmi olaraq bildirib? Yoxdur belə birşey. Soyqırıma dəstək verən Fransa, Belçika və sairə kimi dövlətlərlə əlaqəmiz necədi? Bunlara  nəzər yetirməliyik. Ancaq Türkiyə hər zaman Qarabağ məsələsini belə görüşlərdə gündəmə gətirib.
       
        Ermənistanla sıx əlaqəsi olan Rusiyanın, İranın, Fransanın, Gürcüstanın, Yunanıstanın bayraqlarına edilməyən hörmətsizlik Türk bayrağına, Türk şəhidinə, Türk məsçidinə edildi. Nə qazandıq? Bizim şərəf və vicdanımıza əmanət edilənlərə hörmətsizlik etdik. Həm şəhid qanıyla boyanmış bayraqlarımız, həm şəhidlərimiz həmdə o bayraq və şəhidlər üçün dua etdiyimiz məsçidlərimiz Allahın müqəddəs bildirdiyi dəyərlərimizdir və belə siyasət bir millətdən çox Allahın qəzəbinə gələ bilər.
 
oyunlar