Tata Nano böyüyür
05 İyun 2010 Şənbə 12:20
Dünyanın ən ucuz avtomobilinin istehsalı ildə 250 min ədəd artacaq.
Hindistanın Qucarat ştatının Sanand şəhərində “Tata Motors” avtomobil konserninin yeni zavodu açılıb. Burada ildə 250 min ədəd “Nano” avtomobilinin istehsal olunması nəzərdə tutulur. Bu barədə “Bloomberg” agentliyinə şirkətin baş direktoru Ratan Tata məlumat verib.
Xatırladaq ki, bir müddət əvvəl şirkət böyük tələbata ehtiyac yaranan dünyanın ən ucuz avtomobilinin istehsalını artıracağını vurğulamışdı. Artıq şirkətin Hindistanın Uttarakxand şəhərindəki əsas zavodu tələbatı ödəyə bilmir. Belə ki, yeni zavod açılmamışdan əvvəl Hindistanda “Tata Nano”nu ancaq bir il əvvəl keçirilən lotereyanın qalibləri ala bilirdilər. Artıq 200 min nəfərdən artıq insan yeni avtomobilin alınması üçün sifarişlərini veriblər və ödənişlərini aparıblar. Onlardan 100 min nəfəri artıq bu ilin sonuna qədər öz avtomobillərinə sahib ola biləcəklər. ANSPRESS
Saytımız xoşunuza gəlirmi?
Bəli
Yox
Sorğu Tarixi : 10.06.2009
Evden eve nakliyat