Ermənistan futbolçuları Azərbaycan millisinə “əlcək” atdılar
09 Fevral 2010 Çərşənbə Axşamı 01:55
Vardan Minasyan: “Ermənistan yığması güclü olduğundan, Azərbaycan millisi onunla qarşılaşmaqdan imtina etdi”
“Ermənistan və Azərbaycan milliləri siyasi səbəblərdən bir-biriləri ilə qarşılaşa biliməzlər”. Bunu futbol üzrə Ermənistan yığmasının baş məşqçisini əvəz edən Vardan Minasyan deyib. Onun sözlərinə görə, hələ 2006-cı ildə millilər eyni qrupa düşsələr də, Azərbaycan Ermənistanla oynamaqdan imtina edib. Vardan Minasyan bunu Yan Porterfildin çalışdırdığı Ermənistan yığmasının Azərbaycan millisindən güclü olması ilə əsaslandırıb.

Xatırladaq ki, 2007-ci ildə UEFA və FİFA prezidentləri Mişel Platini və Zep Blatter bəyan ediblər ki, Azərbaycan və Ermənistan münaqişə tərəfləri olduqlarından, bu ölkələrin milliləri eyni qrupa düşə bilməzlər. ANSPRESS





Saytımız xoşunuza gəlirmi?
Bəli
Yox
Sorğu Tarixi : 10.06.2009